28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycanın para-üzgüçüsü Portuqaliyada gümüş medal qazandı


  • Offside
  • 00:26 27.11.2022
  • Oxunma sayı: 75
Azərbaycanın para-üzgüçüsü Portuqaliyada gümüş medal qazandı

Azərbaycan para-üzgüçüsü Əli Vəliyev Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Corner.az-a verilən məlumata görə, o, sərbəst üzmə növündə 1:07:90 nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Qeyd edək ki, Əli Vəliyev milli komandanın üzvü, uşaq paralimpiya hərəkatının yetirməsidir.







Offside