- Offside
- 12:45 04.02.2026
İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin özü və ailəsi təhdid olunub.
Corner.az-ın məlumatına görə, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram səhifəsində bildirib.
Keçmiş oyunçu saysız-hesabsız təhdidlər aldıqlarını söyləyib.
Daei bunların bəzi qurumlar, media və naməlum şəxslər tərəfindən həyata keçirildiyini də vurğulayıb.
Qeyd edək ki, Əli Daei İranda baş verən hadisələrdə etirazçılarla həmrəy olduğunu bildirib və bu səbəbdən onun pasportu əlindən alınıb. İran yığmasının əfsanəvi futbolçusu ölkədəki vəziyyətə görə Qətərdə keçirilən dünya çempionatına getmədiyini də açıqlamışdı.
