25 mart 2026. Çərşənbə

Azərreyl Slaviya ilə qarşılaşacaq


  • Offside
  • 14:38 28.11.2022
  • Oxunma sayı: 152
Azərreyl Slaviya ilə qarşılaşacaq
2022/23 mövsümündə ölkəmizi Çağırış Kubokunda təmsil edəcək qadın voleybolçulardan ibarət “Azərreyl” bu turnirin 1/32 final mərhələsində Slovakiyanın “Slaviya” komandası ilə qarşılaşacaq. Corner.az xəbər verir ki, hər iki oyun Bakıda keçiriləcək.
 
Noyabrın 29-dakı qarşılaşmada “Azərreyl”, ertəsi gün isə rəqib meydan sahibi sayılacaq. 
 
Hər iki matç Dərnəgül Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq. Giriş sərbəstdir.






Offside