FİFA 2022-ci ilin fevralında Keniya Futbol Federasiyasına (FKF) qoyulmuş cəzanın ləğvi barədə qərar qəbul edib. Corner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qərar FKF-nın baş katibi Barri Otienonun FİFA-ya göndərdiyi məktubdan sonra qəbul edilib. O, Keniya hökumətinin yeni təyin olunmuş nazirlər kabinetinin idman katibi tərəfindən təmsil olunduğunu təsdiqləyib. Beləliklə, hökumət federasiyanın işinə qarışmayacağına zəmanət verib.
FİFA-nın açıqlamasında FKF-nin fəaliyyətinin dayandırılması barədə qərarın ləğvinin milli səviyyədə davam edən araşdırmalara və məhkəmə proseslərinə xələl gətirmədən baş verəcəyinə inam ifadə olunub.
Bu ilin əvvəlində Keniya ilə yanaşı, Zimbabveyə də siyasi müdaxilə səbəbinə görə qadağa tətbiq olunub.