Futbol üzrə Azərbaycan millisinin keçmiş üzvü Pərdis Fərcad-Azad karyerasını başa vurub. Corner.az xəbər verir ki, o, 34 yaşında bu qərarı verib.
Son olaraq Almaniyanın 5-ci liqa klubu “CFC Herta”da çıxış edən keçmiş hücumçunun yeni işi də məlumdur. O, maliyyə məsləhətçisi kimi fəaliyyət göstərəcək. Pərdis investisiya, daşınmaz əmlak sahəsi, bank, sığorta, kredit kimi mövzularda məsləhətçi olacaq.
Azərbaycanda “Sumqayıt”, “Keşlə” (hazırkı “Şamaxı”), “Zirə” kimi klubların formasını geyinmiş sabiq futbolçu əsas millidə 6 oyun keçirib.