28 oktyabr 2024. Bazar ertəsi

Azərreyl Çağırış Kubokuna qələbə ilə başladı


  • Offside
  • 22:01 29.11.2022
  • Oxunma sayı: 96
Azərreyl Çağırış Kubokuna qələbə ilə başladı
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış Kubokunda mübarizəyə başlayıb. Corner.az xəbər verir ki, komanda 1/32 final mərhələsinin ilk oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib.
 
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma "Azərreyl"in 3:1 (25:20; 25:19; 19:25; 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.
 
Tərəflər arasındakı cavab görüşü noyabrın 30-da eyni arenada gerçəkləşəcək.






Offside