- Offside
- 18:43 29.11.2024
Kolumbiya Futbol Federasiyası gənc futbolçu Andres Balantanın qəfil ölümünü açıqlayıb.
Corner.az xəbər verir ki, gənclərdən ibarət millinin dayaq yarımmüdafiəçisinin 22 yaşı vardı.
Futbolçu çərşənbə axşamı məşq zamanı, huşunu itirib. Onun infarkt keçirdiyi ehtimal edilir.
Bununla belə, Andres Balantanın ölümünün təfərrüatları daha sonra məlum olacaq.
Qeyd edək ki, ötən mövsüm Balanta "Deportivo Kali"nin heyətində Kolumbiya çempionu olub.