- Offside
- 18:43 29.11.2024
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirində növbəti görüşlərini keçirəcək.
Corner.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster IV turda ABŞ-ı təmsil edən Hikaru Nakamura ilə, V, VI turlarda müvafiq olaraq iranlı Parham Maqsudlu və hindistanlı Arcun Eriqaisi ilə üz-üzə gələcək.
Məmmədyarov əvvəlki üç görüşündə qələbə qazanıb və hazırda üç xalla 10 şahmatçı arasında liderdir.
Qeyd edək ki, qalibin 10 min ABŞ dolları qazanacağı turnirə dekabrın 1-də yekun vurulacaq.