28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verildi


  • Offside
  • 17:15 30.11.2022
  • Oxunma sayı: 88
Azərbaycan Cüdo Federasiyasının rəsmisinə EJU-da vəzifə verildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin məsləhətçisi Azər Novruzov Avropa Cüdo Birliyinin (EJU) Marketinq departamentində məsləhətçi kimi fəaliyyətə başlayıb.

ACF-dən Corner.az-a verilən məlumata görə, bununla bağlı müqavilə ona EJU prezidenti Laslo Tot və marketinq direktoru Jaçek Zavadka tərəfindən təqdim edilib.

Qeyd edək ki, Azər Novruzov 2011-2013 və 2016-2017-ci illərdə ACF-də idman meneceri vəzifəsində çalışıb.

O, daha əvvəl Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatlarında Təşkilat Komitəsinin üzvü olub.







Offside