28 oktyabr 2024. Bazar ertəsi

Çağırış Kuboku: Azərreyl növbəti mərhələdə!


  • Offside
  • 21:12 30.11.2022
  • Oxunma sayı: 87
Çağırış Kuboku: Azərreyl növbəti mərhələdə!
Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, komandamız 1/32 final mərhələsinin cavab oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə qarşılaşıb.
 
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma "dəmiryolçular"ın inamlı qələbəsi ilə yekunlaşıb - 3:0 (26:24, 25:14, 25:21).
 
İlk qarşılaşmada da bu rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi iki görüşün nəticəsinə əsasən 1/16 finala yüksəlib.
 
"Azərreyl" növbəti mərhələdə Almaniyanın "VFB 91 Zul" komandası ilə qarşılaşacaq.






Offside