4 fevral 2026. Çərşənbə

Pele xəstəxanaya yerləşdirildi


  • Offside
  • 00:20 01.12.2022
  • Oxunma sayı: 104
Pele xəstəxanaya yerləşdirildi
Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pele yenidən xəstəxanaya yerləşdirilib. Corner.az ESPN-ə istinadən xəbər verir ki, əfsanəvi futbolçuda çoxsaylı ödem aşkarlanıb.
 
82 yaşlı futbolçuya  həmçinin, ürək çatışmazlığı diaqnozu qoyulub. Pelenin son aylar ərzində keçirdiyi kimyəvi terapiyanın onun bədənindəki şişlərə heç bir təsir göstərmədiyi bildirilir.
 
Xatırladaq ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.






Offside