4 fevral 2026. Çərşənbə

UEFA-dan Qarabağ'a pandemiya yardımı


  • Offside
  • 12:20 01.12.2022
  • Oxunma sayı: 139
UEFA-dan Qarabağ'a pandemiya yardımı
2021/22 mövsümündə avrokubokların əsas mərhələsində çıxış edən klublara UEFA tərəfindən növbəti vəsait ayrılıb. Corner.az xəbər verir ki, yarışların iştirakçıları COVID-19 pandemiyası ilə əlaqədar maliyyə vəsaiti alıb.
 
Konfrans Liqasında oynamış “Qarabağ”a 139 min avro ödənilib. Bu maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
 
Qeyd edək ki, “Qarabağ” ötən mövsüm Konfrans Liqasında pley-offa qədər irəliləyib.






Offside