Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel İndia” rapid turnirini 6-cı pillədə başa vurub. Corner.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu günündə daha 3 görüş keçirib.
7-ci turda hindistanlı Nihal Sarinə uduzan şahmatçı 8-ci və 9-cu turlarda isə müvafiq olaraq özbəkistanlı Nodirbek Abdusattorov və hindistanlı Santoş Viditlə heç-heçə edib.
Məmmədyarov yekunda 4,5 xalla 6-cı pilləni tutub.
Dekabrın 3-də “Tata Steel İndia”da blits yarışlarına start veriləcək. Turnirin qalibi 10 min ABŞ dolları qazanacaq.