28 oktyabr 2024. Bazar ertəsi

Sabah Astaradan qələbə ilə qayıtdı


  • Offside
  • 22:41 03.12.2022
  • Oxunma sayı: 89
Sabah Astaradan qələbə ilə qayıtdı
Azərbaycan Basketbol Liqasının bölgədə daha bir oyunu baş tutub. Corner.az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində 8-ci turun daha bir oyunu keçirilib.
 
"Zirvə Astara" komandası doğma meydanda paytaxt klubu "Sabah" basketbolçularını qəbul edib. 
 
İki əlavə vaxta gedən oyunun yekununda "Sabah" komandası 97:88 hesablı qələbəyə sevinib.
 
Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Rashard Kruikşenk (25 xal, 5 asist), "Sabah"dan isə Entoni Patti (28 xal, 15 ribaund) olublar.
 
Turun daha əvvəl keçirilmiş oyunlarında "Sərhədçi" NTD-ni 93:92, "AAAF Xırdalan" "Neftçi"ni 83:68 hesabıyla məğlub edib.
 
Turun son oyunu sabah saat 15:00-da "Olimpik Şəki" və "Gəncə" komandaları arasında keçiriləcək.






Offside