28 oktyabr 2024. Bazar ertəsi

Gəncə yenidən vahid lider oldu


  • Offside
  • 23:13 04.12.2022
  • Oxunma sayı: 66
Gəncə yenidən vahid lider oldu
Azərbaycan Basketbol Liqasında 8-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, turun son günündə bir oyun keçirilib.
 
Astara Olimpiya İdman Kompleksində baş tutan oyunda “Gəncə” “Olimpik" (Şəki) ilə qarşılaşıb və rəqibinə 105:80 hesabıyla qalib gəlib.
 
Beləliklə, xalını 15-ə çatdıran Gəncə təmsilçisi yenidən liderliyə yüksəlib. "Sabah" 14 xalla ikinci, NTD 13 xalla üçüncüdür.
 
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Sərhədçi" NTD-ni 93:92, "AAAF Xırdalan" "Neftçi"ni 83:68, "Sabah" "Zirvə Astara"nı 97:88 hesabıyla məğlub edib.






Offside