28 oktyabr 2024. Bazar ertəsi

Azərreyl oyunlarını Almaniyada keçirəcək


  • Offside
  • 18:44 05.12.2022
  • Oxunma sayı: 74
Azərreyl oyunlarını Almaniyada keçirəcək
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubunun Çağırış Kubokunun 1/16 final mərhələsində keçirəcəyi oyunların yeri və vaxtı dəyişdirilib. Corner.az xəbər verir ki, Eldar Yusubovun çalışdırdığı kollektiv “Turingen”lə hər iki matçı Almaniyada keçirəcək.
 
Bu barədə qarşılıqlı razılaşma əldə olunub. Dekabrın 14-də öncədən Bakıda təşkil olunması planlaşdırılan ilk qarşılaşma Almaniyada keçiriləcək. “Azərreyl” həmin matçın nominal meydan sahibi olacaq. Cavab oyunu isə öncədən nəzərdə tutulduğu kimi dekabrın 20-də deyil, ayın 15-də təşkil olunacaq.
 
Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.






Offside