4 fevral 2026. Çərşənbə

Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək


  • Offside
  • 12:51 06.12.2022
  • Oxunma sayı: 109
Azərbaycan taekvondoçusu ilin son yarışında çıxış edəcək

Azərbaycan taekvondoçusu Cavad Ağayev dekabrın 8-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda start götürəcək Qran Pridə çıxış edəcək.

Federasiyadan Corner.az-a verilən məlumata görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilin yekun yarışında baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında iştirak edəcək.

Dünya reytinqində 173,94 xalla 10-cu olan Avropa çempionatının mükafatçısı dayanq üzərinə dekabrın 9-da çıxacaq.

Parataekvondo üzrə komanda isə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Ər-Riyada yollanacaq. Dekabrın 8-nə təsadüf edəcək Qran-prinin final mərhələsində ili uğurlu keçirən Sabir Zeynalov (58 kq, K-44), İmaməddin Xəlilov (70 kq, K-44) və Əbülfəz Abuzərli (80 kq, K-44) gücünü yoxlayacaq.

Səfərə bu gün yola düşəcək Azərbaycan millisi dekabrın 11-də Bakıya qayıdacaq.

Qeyd edək ki, Qran Prinin final mərhələsində il ərzində analoji yarışda nəticə verən 140 idmançı mübarizə aparacaq. Yarışın qalibi reytinqinə 100 xal əlavə edəcək.







Offside