29 noyabr 2024. Cümə

DÇ-2022: İspaniyadan antirekord, Mərakeşdən ilk


  • Offside
  • 10:10 07.12.2022
  • Oxunma sayı: 117
DÇ-2022: İspaniyadan antirekord, Mərakeşdən ilk
Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında İspaniyaya qalib gələrək 1/4 finala yüksələn Mərakeş millisi tarixə düşüb. Corner.az xəbər verir ki, Mərakeş mundial tarixində penaltilər seriyasında qalib gələn ilk Afrika komandası olub. 
 
Əsas və əlavə vaxtda qalibin müəyyənləşmədiyi (0:0) görüşdə penaltilər seriyasındakı dəqiqilik hesabına (3:0) mərhələ adlayan cənubi afrikalılar həmçinin, Kamerun (1990), Seneqal (2002) və Qanadan (2010) sonra bu qitədən 1/4 finala yüksələn dördüncü yığma komandadır.
 
İspaniya yığması isə antirekorda imza atıb. Belə ki, ispanlar penalti seriyasında vurduğu 4 zərbəni boşa verməklə tarixə düşüblər. Avropa təmsilçisi penalti seriyasında qol vura bilməyən ikinci komanda oldu. İlk dəfə belə bir antirekorda İsveçrə yığması imza atmışdı. Sözügedən komanda 2006-cı ildə Ukraynayla matçda eyni uğursuzluğu yaşamışdı. O zaman rəqibin dəqiqliyi qarşısında ardıcıl 3 zərbəni boşa verən isveçrəlilər mübarizəni dayandırmışdı.
 
Xatırladaq ki, Mərakeşə oyunsonrası penaltilərdə 0:3 hesabıyla yenilən İspaniya DÇ-2018-də də eyni aqibəti yaşamışdı. Rusiyadakı mundialda bu komanda 1/8 finalda meydan sahiblərinə penaltilərlə uduzmuşdu.
 
Mərakeş yığması 1/4-də Portuqaliya ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 10-da baş tutacaq.






Offside