28 oktyabr 2024. Bazar ertəsi

Turan Tovuz'un qış hazırlıq planı bilindi


  • Offside
  • 19:43 07.12.2022
  • Oxunma sayı: 89
Turan Tovuz'un qış hazırlıq planı bilindi
"Turan Tovuz” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək. Corner.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 2023-cü il yanvarın 7-də Bakıda bir araya gələrək Antalyaya yola düşəcək.
 
Əcnəbi futbolçular kollektivə həmin gün qonşu ölkədə qoşulacaqlar. Baş məşqçi Ayxan Abbasov yanvarın 18-dək təşkil olunacaq toplanışda yetirmələrini 3 yoxlama görüşündə sınamağı planlaşdırır. Rəqiblərin adları və matçların keçirilmə tarixi hələ ki, məlum deyil.
 
Premyer Liqanın 16 turunda 16 xal toplayan “Turan Tovuz” turnir cədvəlinin 6-cı pilləsində yer alıb.






Offside