29 noyabr 2024. Cümə

Türkiyə klublarının sabiq futbolçusu avtomobil qəzasında öldü


  • Offside
  • 11:25 09.12.2022
  • Oxunma sayı: 76
Türkiyə klublarının sabiq futbolçusu avtomobil qəzasında öldü
Serbiyanın “Partizan” klubunun sabiq futbolçusu və baş məşqçisi Miodraq Yeşiç vəfat edib. Corner.az xəbər verir ki, 64 yaşlı mütəxəssis avtomobil qəzasında dünyasını dəyişib.
 
Bu barədə Belqrad klubunun rəsmi saytı məlumat yayıb. Yeşiçin idarə etdiyi maşın qarşı tərəfədən gələn nəqliyyat vasitəsilə toqquşub. Baş məşqçi hadisə yerində keçinib.
 
Xatırladaq ki, Miodraq Yeşiç məşqçilik karyerası ərzində 30-a yaxın kluba rəhbərlik edib. O, futbolçu karyerası dönəmində isə “Partizan”la yanaşı, Türkiyənin “Altay” və “Trabzonspor” klublarının formasını geyinib, həmçinin Yuqoslaviya yığmasının uğurları üçün çalışıb.






Offside