- Offside
- 12:45 04.02.2026
Azərbaycan millisinin üzvü Rövşən Hüseynli Qazaxıstan futzal çempionatında növbəti oyununa çıxıb.
Corner.Az xəbər verir ki, 31 yaşlı qolkiperin çıxış etdiyi “Atırau” komandası 16-cı tur çərçivəsində "Kaspi" ilə üz-üzə gəlib.
İlk görüşdə bu komandaya 1:0 qalib gələn millimizin üzvünün komandası ötən gün yenə minimal hesablı qələbəyə sevinən tərəf olub - 4:3. Hüseynli sözügedən görüşdə komandasını bir neçə yüzfaizli qoldan xilas edib.
Bununla da, "Atırau" xallarını 18-ə yüksəldərək turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.