- Offside
- 12:45 04.02.2026
Azərbaycanın bədii gimnastı Leyli Ağazadə Almaniyanın Leverkuzen şəhərində keçirilən "4-cü Qış kuboku" yarışında qızıl medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Corner.az-a verilən məlumata görə, milli komandanın üzvü lentlə hərəkətlərin icrasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha əvvəl Alina Məmmədova topla hərəkətlərdə ikinci yeri tutub.
Qeyd edək ki, yarışa dekabrın 12-də yekun vurulacaq.