4 fevral 2026. Çərşənbə

Çempiondan növbəti qələbə


  • Offside
  • 20:56 11.12.2022
  • Oxunma sayı: 101
Çempiondan növbəti qələbə
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. Corner.az xəbər verir ki, 3-cü turun ilk matçında meydançaya “Azəryol” və “Qarabağ” komandaları çıxıblar.
 
Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 topluq üstünlük qazanan “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyib. Qarşılaşma 33:30 hesabı ilə son çempionun xeyrinə başa çatıb.
 
U-16 - “İdman Akademiyası” görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran “tələbələr” qalan vaxtda üstünlüyü daha da artırıblar – 47:21.






Offside