Dünya futbolunun canlı əfsanəsi Pelenin vəziyyəti yaxşılaşıb. Corner.az xəbər verir ki, bu barədə futbol kralının müalicə olunduğu San-Pauludakı Albert Eynşteyn xəstəxanasından məlumat verilib.
Ancaq 82 yaşlı əfsanənin nə vaxt evə buraxılacağı bilinmir: “Pelenin vəziyyəti irəliləyir, xüsusən də ümumi səhhəti yaxşılaşır”.
Xatırladaq ki, Pele noyabrın 29-da xəstəxanaya yerləşdirilib. Daha əvvəl onun kimyaterapiyaya cavab vermədiyi və bir insanın son günlərinin ağrısını aradan qaldırmaq üçün nəzərdə tutulmuş palliativ yardım aldığı bildirilirdi.