28 oktyabr 2024. Bazar ertəsi

Sərhədçi'dən Olimpik üzərində qələbə


  • Offside
  • 22:03 14.12.2022
  • Oxunma sayı: 66
Sərhədçi'dən Olimpik üzərində qələbə
Azərbaycan Basketbol Liqasında X tura start verilib. Corner.az xəbər verir ki, turun açılış oyununda "Sərhədçi" və "Olimpik" komandaları üz-üzə gəliblər.
 
"Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən görüşdə "Sərhədçi" 99:80 hesablı qələbə qazanıb.
 
Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Endar Poladxanlı (29 xal, 5 asist), "Olimpik Şəki"dən isə Anar Hacıyev (20 xal, 6 ribaund) olublar.
 
Turun digər matçları dekabrın 17-si və 18-də baş tutacaq. "Neftçi” İK "Sabah"ı, "AAAF Xırdalan" "Gəncə"ni, "Zirvə Astara" isə NTD-ni sınağa çəkəcək.






Offside