28 oktyabr 2024. Bazar ertəsi

Azərreyl Almaniya klubuna ilk oyunda məğlub oldu


  • Offside
  • 09:56 15.12.2022
  • Oxunma sayı: 90
Azərreyl Almaniya klubuna ilk oyunda məğlub oldu
Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Çağırış Kubokunda növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, sözügedən komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada "VfB SUHL Thüringen"lə üz-üzə gəlib.
 
Qarşılaşma rəqibin 3:1 (25:15, 23:25, 25:20, 25:16) hesablı qələbəsi ilə başa çatıb.
 
Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada keçirilir.
 
Xatırladaq ki, “Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırmışdı.






Offside