28 oktyabr 2024. Bazar ertəsi

Fransa - Mərakeş oyunu can aldı: İğtişaşlarda 14 yaşlı gənc öldü


  • Offside
  • 10:04 15.12.2022
  • Oxunma sayı: 97
Fransa - Mərakeş oyunu can aldı: İğtişaşlarda 14 yaşlı gənc öldü

Dünya çempionatının yarımfinalında keçirilən Fransa – Mərakeş oyunundan sonra Monpolye şəhərində hər iki komandanın azarkeşləri arasında kütləvi iğtişaşlar yaranıb. Corner.az xəbər verir ki, qarşıdurmalar zamanı bir nəfər dünyasını dəyişib.

Belə ki, 14 yaşlı yeniyetmə azarkeş Monpolyedə münaqişələr nəticəsində həyatını itirib. Bundan əvvəl fransızlarla etnik mərakeşlilər arasında kütləvi atışmaların olduğu da bildirilib.

Naməlum şəxslər fransız azarkeşlərin olduğu avtomobilə yaxınlaşaraq, Fransanın bayrağını qoparmağa çalışıblar. Sürücü qəfildən avtomobili hərəkətə gətirəndə 14 yaşlı uşaq xəsarət alıb və aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Fransa millisi DÇ-2022-nin 1/2 final mərhələsində Mərakeşi 2:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində Didye Deşamın komandası finala yüksəlib. Həlledici oyun dekabrın 18-də Lusail şəhərində keçiriləcək.

Mərakeş isə Xorvatiya ilə üçüncü yer uğrunda görüşə çıxacaq. Görüş dekabrın 17-də Dohada baş tutacaq.







Offside