28 oktyabr 2024. Bazar ertəsi

Azərreyl'in almanlarla, Murov'un polşalılarla ikinci sınağı


  • Offside
  • 11:53 15.12.2022
  • Oxunma sayı: 74
Azərreyl'in almanlarla, Murov'un polşalılarla ikinci sınağı
Azərbaycanın voleybol klubları bu gün Çağırış Kubokunda növbəti oyunlarını keçirəcəklər. Corner.az xəbər verir ki, kişi voleybolçulardan ibarət "Murov" komandası 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi "Orion"u qəbul edəcək.
 
Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. İlk görüşdə ölkə çempionu 1:3 hesabı ilə uduzub.
 
Qadınlardan ibarət "Azərreyl" kollektivi isə Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada keçirilir.






Offside