23 oktyabr 2024. Çərşənbə

Şəhriyar gerilədi - şahmatçılarımızın yeni reytinqi


  • Offside
  • 10:26 01.06.2019
  • Oxunma sayı: 530
Şəhriyar gerilədi - şahmatçılarımızın yeni reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) iyun ayı üçün reytinq siyahısını açıqlayıb.

Corner.az qurumun saytına istinadən xəbər verir ki, may ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3 pillə geriləyib. O, 2774 reytinqlə 8-cidir.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 12-ci (2759), Arkadi Naydiç 58-ci (2681), Qədir Hüseynov (2654) isə 97-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2427) 40-cıdır. Ötən ay 92 pillədə olan Xanım Balacayeva isə "100-lüy"ü tərk edib.


Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2875) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2819) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür







Offside