4 fevral 2026. Çərşənbə

Vüqar Həşimov Memorialı-2022'də çıxış etmək qürurvericidir


  • Offside
  • 17:29 15.12.2022
  • Oxunma sayı: 156
Vüqar Həşimov Memorialı-2022'də çıxış etmək qürurvericidir
“Vugar Gashimov Memorial-2022”də çıxış etmək qürurvericidir.

Corner.az xəbər verir ki, bu sözləri turnirin mətbuat xidmətinə müsahibəsində “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu, “Aeroflot Open 2020” turnirinin qalibi, “Vüqar Həşimov” klubunun üzvü Aydın Süleymanlı deyib.

O bildirib ki, turnirdə elit şahmatçılar mübarizə aparacaqlar: “Vugar Gashimov Memorialı-2022” indiyədək oynayacağım ən böyük və qapalı turnirdir. Dünya səviyyəli şahmatçıların mübarizə apardığı bu yarışda oynamaq mənim üçün o qədər də asan olmayacaq. Əsas məqsəd gözəl oyun nümayiş etdirmək və özümü yaxşı tərəfdən göstərməkdir. Ən başlıcası isə turnirdə oynadığım hər saniyədən zövq almaq istəyirəm”. ​

Qeyd edək ki, A.Süleymanlı 2021-ci ildə “Vüqar Həşimov” klubunun heyətində klublararası Avropa kubokunda bürünc medala sahib çıxıb. Qrosmeyster 2019-cu ildə milli komandanın heyətində Türkiyənın Çorum şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi olub.

“Vugar Gashimov Memorial-2022” Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq. ​






Offside