Bu gün "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 10-cu turu çərçivəsində daha iki oyun baş tutub.
Corner.az xəbər verir ki, günün ilk görüşü "Neftçi İK" və "Sabah BK" komandaları arasında keçirilib. Oyun sürətli başlayan "Sabah BK" basketbolçuları rəqibi üzərində 99-81 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( Dennis Cons - 17 xal, 8 ribaund ), "Sabah BK" ( Fuad Niftəliyev - 18 xal, 3 asist ). Günün son oyununda "AAAF Xırdalan BK" və "Gəncə BK" basketbolçuları üz-üzə gəliblər. "AAAF Xırdalan BK" komandası rəqibi üzərində 85-71 hesabı ilə qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə şərik olub. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" (Devin Pullun - 33 xal, 5 ribaund ), "Gəncə BK" (Celon Perri - 20 xal, 4 ribaund )
Qeyd edək ki, turun bağlanış oyunu 18 dekabr saat 15:00 tarixində, Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" və "NTD BK" komandaları arasında keçiriləcək.