28 oktyabr 2024. Bazar ertəsi

Futbolçu hovuzda çimərkən öldü


  • Offside
  • 15:17 18.12.2022
  • Oxunma sayı: 79
Futbolçu hovuzda çimərkən öldü
İsveçrənin ikinci divizion klubu “Lozan Uşi”nin futbolçusu Elia Alessandrini tətildə olarkən vəfat edib. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:
 
“Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik”.
 
Futbolçunun hovuzda çimərkən öldüyü qeyd edilib. Elia tətilini Omanda keçirib.






Offside