28 oktyabr 2024. Bazar ertəsi

Azərbaycan Basketbol Liqasında X tura yekun vuruldu


  • Offside
  • 17:01 18.12.2022
  • Oxunma sayı: 76
Azərbaycan Basketbol Liqasında X tura yekun vuruldu

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub.

Federasiyadan Corner.az-a verilən məlumata görə, turun sonuncu oyunu Astara Olimpiya İdman Kompleksində gerçəkləşib.

"Zirvə Astara BK" doğma azarkeşlər önündə paytaxt təmsilçisi "NTD BK"nı qəbul edib. Qarşılaşma Bakı komandasının 92:81 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, XI turun matçları 21, 24 və 25 dekabrda baş tutacaq.







Offside