28 oktyabr 2024. Bazar ertəsi

Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 11:43 19.12.2022
  • Oxunma sayı: 187
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Dekabrın 20-dən 23-dək güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.

Federasiyadan Corner.az-a verilən məlumata görə, Bakı İdman Sarayında baş tutacaq yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.

Dekabrın 20-də saat 16:00-da çempionatın açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək.

Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.

Qeyd edək ki, medallar uğrunda qarşılaşmalar hər gün saat 16:30-dan etibarən İdman TV vasitəsi ilə canlı yayımlanacaq. 
Arenaya giriş sərbəstdir.






Offside