4 fevral 2026. Çərşənbə

Azərbaycan birinciliyi və çempionatı keçiriləcək


  • Offside
  • 15:44 19.12.2022
  • Oxunma sayı: 141
Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Dekabrın 20-də taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək.

Azərbaycan Taekvondo Federasiyasından (ATF)  Corner.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq.

Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.

İlə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.

Birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Döyüşlər hər gün saat 09:00-da başlayacaq.







Offside