4 fevral 2026. Çərşənbə

Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bilindi


  • Offside
  • 15:46 19.12.2022
  • Oxunma sayı: 128
Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bilindi

Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyadan Corner.az-a verilən məlumata görə, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun matçları keçiriləcək.

İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu görüşdən iki saat sonra “Azərreyl”- UNEC duelinə start veriləcək.

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada I turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

Hər 3 qarşılaşma Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.







Offside