Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, iclasda I Divizionu XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“İmişli” – “Turan Tovuz-2” oyununda “İmişli”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“İmişli” – “Turan Tovuz-2” oyununda meydana kənar şəxs daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilib.
“Şamaxı-2” – “Zirə-2” oyununda “Zirə”nin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.
“Səbail-2” – “Mingəçevir” oyununda “Mingəçevir”in oyunçusu Sahil Həsənov oyunun 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klubu 20 manat cərimə edilib.
“Zaqatala” – “Araz Naxçıvan” oyununda “Araz Naxçıvan”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.