28 oktyabr 2024. Bazar ertəsi

Tovuzda oyundan sonra dava düşdü


  • Offside
  • 16:26 20.12.2022
  • Oxunma sayı: 88
Tovuzda oyundan sonra dava düşdü
"Turan Tovuz" və "Kəpəz" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra insident baş verib. Corner.az xəbər verir ki, qərb derbisində final fitinin ardından futbolçular arasında dava düşüb.
 
Bu zaman yerli azarkeşlər də meydana girməyə cəhd göstəriblər. Lakin polislər bunun qarşısını çətinliklə də olsa, alıblar. Baş hakim Rəvan Həmzəzadə bir neçə oyunçuya qırmızı vərəqə göstərib.
 
Xatırladaq ki, Tovuz şəhər stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb. İlk matçda Tovuz klubu 2:1 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.






Offside