29 noyabr 2024. Cümə

Vüqar Həşimov Memorialı - 2022: Şəhriyardan ilk qələbə


  • Offside
  • 19:17 20.12.2022
  • Oxunma sayı: 79
Vüqar Həşimov Memorialı - 2022: Şəhriyardan ilk qələbə

"Vüqar Həşimov Memorialı-2022” beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib. Corner.az xəbər verir ki, üçüncü oyun günündə rapid növü üzrə 7, 8 və 9-cu turun qarşılaşmaları baş tutub.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 1 qalibiyyət, 1 heç-heçə əldə edib, bir görüşdə isə 17 yaşlı Aydın Süleymanlıya uduzub. Məmmədyarov turnirdə ilk qələbəsini 9-cu turda Abdulla Qədimbəyli üzərində qazanıb. Rauf Məmmədov gün ərzində keçirdiyi 3 görüşdən ikisində rəqibini məğlub edib.

7-ci tur
Nodirbek Abdusattorov (Özbəkistan) - Rauf Məmmədov – 1:0
Riçard Rapport (Rumıniya) - Semuel Şenklend (ABŞ) – 1:0
Qukeş Dommaraku (Hindistan) - Van Hao (Çin) - 0,5:0,5
Valyexo Pons (İspaniya) - Abdulla Qədimbəyli – 0,5:0,5
Aydın Süleymanlı - Şəhriyar Məmmədyarov – 1:0

8-ci tur
Rauf Məmmədov - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Abdulla Qədimbəyli - Aydın Süleymanlı - 0,5:0,5
Van Hao (Çin) - Valyexo Pons (İspaniya) – 0:1
Semuel Şenklend (ABŞ) - Qukeş Dommaraku (Hindistan) – 1:0
Nodirbek Abdusattorov (Özbəkistan) - Riçard Rapport (Rumıniya) - 0,5:0,5

9-cu tur
Riçard Rapport (Rumıniya) - Rauf Məmmədov – 0:1
Qukeş Dommaraku (Hindistan) - Nodirbek Abdusattorov (Özbəkistan) - 0,5:0,5
Valyexo Pons (İspaniya) - Semuel Şenklend (ABŞ) – 1:0
Aydın Süleymanlı - Van Hao (Çin) – 0,5:0,5
Şəhriyar Məmmədyarov - Abdulla Qədimbəyli – 1:0

9 turdan sonra Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 14 xalla liderdir. Ondan 2 xal geri qalan Rauf Məmmədov və ispaniyalı Valyexo Pons 2-3-cü yerləri bölüşdürürlər. Çinli Van Hao 10 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 8 xalı olan Rapport və Məmmədyarov 5-6-cı pillələrdə qərar tutublar. Qədimbəyli 7 xalla 7-ci, eyni xala malik Dommaraku 8-cidir. Şenklend və Süleymanlı aktivlərindəki 6 xalla son iki sırada yer alıblar.

Turnirə dekabrın 24-də yekun vurulacaq.







Offside