28 oktyabr 2024. Bazar ertəsi

TFF-də nə iş gördüyümü özüm də bilmirdim


  • Offside
  • 12:20 21.12.2022
  • Oxunma sayı: 73
TFF-də nə iş gördüyümü özüm də bilmirdim
Futbol üzrə Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber, Türkiyə Futbol Federasiyasındakı vəzifəsindən ayrılıb. Corner.az xəbər verir ki, 49 yaşlı keçmiş oyunçu  istefası ilə bağlı xəbəri özü açıqlayıb:
 
“Son bir ildə orada nə iş gördüyümü özüm də bilmirdim. Çünki hansısa bir vəzifə yox idi. Mən TFF-də mümkün qədər xidmət göstərməyə çalışdım. Amma bəzən xidmət edə bilməyəcəyinizi gördüyünüz zamanlar da olur”.
 
Xatırladaq ki, Rüştü Reçber 2019-cu ilin oktyabrında TFF-də UEFA-nın futbolun inkişafı üzrə koordinatorü vəzifəsində çalışmağa başlamışdı.






Offside