28 oktyabr 2024. Bazar ertəsi

Çempionluq paradında 30 nəfər yaralandı, 13 nəfər saxlanıldı


  • Offside
  • 12:28 21.12.2022
  • Oxunma sayı: 101
Çempionluq paradında 30 nəfər yaralandı, 13 nəfər saxlanıldı
Buenos-Ayresdə Argentina millisinin dünya çempionatındakı qələbəsi şərəfinə keçirilən paraddan sonra 13 nəfər saxlanılıb. Corner.az xəbər verir ki, polis həmin şəxsləri Obeliks abidəsinə girdikləri üçün tutub.
 
Onlardan biri abidənin yuxarı hissəsinə qalxıb. Bundan əlavə, çempionluq paradı zamanı 30-dan çox insan xəsarət alıb. Zərərçəkənlərin əsas xəsarətləri yıxılma və ya kəsilməklə bağlı olub.
 
Həmçinin, yerli polisin məlumatına görə, “911” xidmətinə tibbi yardım və ya itkin düşmüş şəxslərlə bağlı 795 müraciət daxil olub.
 
Argentina hakimiyyəti azarkeş izdihamı yaranması səbəbindən milli komandanın futbolçularını da helikopterlə təxliyə edib. Argentina millisini daşıyan avtobus Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yol qət etməli olub. Lakin çox sayda insan olduğundan, çox yavaş hərəkət edib. Şəhərə axın edən insan sayı 5 milyondan çox olub.
 
Xatırladaq ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina yığması tarixində 3-cü dəfə dünya çempionu olub.






Offside