28 oktyabr 2024. Bazar ertəsi

Hindistanda Alpagut Turan Döyüş Sənəti üzrə Milli Çempionat keçirilib


  • Offside
  • 15:01 21.12.2022
  • Oxunma sayı: 114
Hindistanda Alpagut Turan Döyüş Sənəti üzrə Milli Çempionat keçirilib

Dekabr ayının 17-18 tarixlərində Hindistanda Alpagut Turan Döyüş Sənəti üzrə Milli Çempionat keçirildi.

Federasiyadan Corner.az-a verilən məlumata görə, tədbirdə Alpagut döyüş sənətinin qurucusu  Kutsan Vasif Namazov, Hindistanın Pançayati Rac hökuməti üzrə Dövlət Naziri cənab Şri Kapil Moreşvar Patil, Hindistan Alpagut Federasiyasının Prezidenti Hasan Mohammed, dövlət nümayəndələri və idmançılar iştirak ediblər.

16.12.2022-ci il tarixində başlayan tədbir proqramının ilk günündə Kutsan tərəfindən idmançılara Master klass keçirilib. 17.12.2022-ci il tarixində Alpaqut üzrə ilk Hindistan milli çempionatının və 18.12.2022-ci il tarixində Hindistan Milli Alpaqut Federasiyasının açılışı olub. Dövlət Naziri cənab Şri Kapil Moreşvar Patil Kutsana öz dərin təşəkkürünü bildirib.







Offside