4 fevral 2026. Çərşənbə

Sumqayıt Rusiya klubu ilə qarşılaşacaq


  • Offside
  • 22:08 21.12.2022
  • Oxunma sayı: 77
Sumqayıt Rusiya klubu ilə qarşılaşacaq

"Sumqayıt"ın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

Corner.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi Rusiyanın "Krılya Sovetov" klubu ilə qarşılaşacaq. Görüş yanvarın 17-nə planlaşdırılıb.

Premyer Liqada mübarizə aparan Samara təmsilçisi 17 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Sumqayıt" yanvarın 5-dən 18-dək Lara bölgəsində hazırlıq keçəcək. Komandanın digər sınaq matçı yanvarın 12-nə nəzərdə tutulub.







Offside