4 fevral 2026. Çərşənbə

Masters: Səid Mollayidən gümüş medal


  • Offside
  • 00:04 22.12.2022
  • Oxunma sayı: 99
Masters: Səid Mollayidən  gümüş medal
 İsraildə keçirilən Masters turnirinin ikinci yarış gününün nəticələri bəlli olub. 

Corner.Az xəbər verir ki, 81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi ardıcıl olaraq ikinci turda Moldova təmsilçisi Mixail Latisevə, 1/4 finalda yaponiyalı cüdoçu Sotaro Fucivaraya, yarımfinalda belçikalı idmançı Matias Kasseyə qalib gəlib.

Finalda onun rəqibi gürcüstanlı cüdoçu Tato Qriqalaşvili olub. Görüşün nəticəsində Səid Mollayi turnirin gümüş medalını əldə edib.

Qeyd edək ki, yarışda ölkəmizi 13 cüdoçu təmsil edir.
Turnirə 58 ölkədən 350-dən çox cüdoçu qatılıb.






Offside