Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin səhhətinin vəziyyəti pisləşib. Corner.az xəbər verir ki, bu barədə 82 yaşlı keçmiş futbolçunun hazırda müalicə aldığı xəstəxananın həkimləri məlumat veriblər.
Klinikanın açıqlamasında noyabrın 29-da düz bağırsağın xərçəngi, tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilən Pelenin müalicəsində mənfi tendensiya müşahidə olunduğu vurğulanıb. Buna görə də böyrək və ürək disfunksiyası səbəbindən daha intensiv müalicə tələb olunur.