Boks Yay Olimpiya Oyunlarının proqramından çıxarıla bilər
-
Offside
-
23:50 22.12.2022
-
Oxunma sayı: 89
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Boks Assosiasiyasının işindən narazı qaldığı üçün boksun 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından çıxarılmasını nəzərdən keçirir.Corner.Az bu barədə “Washington Post” nəşrinə istinadla xəbər verir.Dekabrda BOK təşkilatın inzibati və maliyyə idarəetməsinin tələblərə cavab vermədiyini qeyd edib. 2024-cü ildə Parisdə, eləcə də Tokioda keçiriləcək Oyunlarda boks turnirinə BOK ev sahibliyi edəcək. Hazırda boks 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadanın proqramına da daxil edilməyib.