Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kuboku davam edir. Corner.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.
Üçüncü yarış gününə çəkisi 89 və 96 kq-a qədər olan atletlərin mübarizəsi ilə start verilib. 89 kq-da toplam 300 kq (140+160) nəticə göstərən “Spartak-Ettore” Klubunun təmsilçisi Sənan Mirzəyev qızıl, toplam 270 kq (120+150) nəticə göstərən “Herkules” Klubunun təmsilçisi Kənan Xəlilov gümüş, toplam 236 kq (106+130) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Kamran Ağalarov bürünc medal qazanıblar.
96 kq çəki dərəcəsində isə toplam 265 kq (115+150) nəticə göstərən “Cəngi” Klubunun təmsilçisi Elşən Şərifov qızıl, toplam 242 kq (109+133) nəticə göstərən “Naxçıvan” Klubunun təmsilçisi Həsən Babayev gümüş, toplam 218 kq (97+121) nəticə göstərən “Göyəzən” Klubunun təmsilçisi Elmar Rəhimov bürünc medala sahib çıxıblar.