28 oktyabr 2024. Bazar ertəsi

Daha beş komandaya texniki məğlubiyyət verildi


  • Offside
  • 17:02 23.12.2022
  • Oxunma sayı: 74
Daha beş komandaya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
Region Liqasının “Karvan” - “Marxal” oyununda matçın 90+2-ci dəqiqəsində “Marxal” meydanı tərk etdiyinə görə bu komandaya 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
Region Liqasının “Bakı Atletik” – “Dirçəliş” oyununda “Bakı Atletik” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matç baş tutmayıb. Bu səbəbindən “Bakı Atletik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Bakı Atletik” komandası artıq ikinci dəfədir oyuna gəlmir.
 
Gənclər Liqasının “Səbail” – “Qəbələ” oyununda “Qəbələ”nin futbolçusu Rüfət Bədəlzadə 54-cü dəqiqədə hakimlər briqadasını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb. O, meydanı tərk edən zaman hakimlər briqadasını təhqir etməyə davam edib.
 
U-14 Liqasının “Qazax Gənclər” - “Turan Tovuz” oyununda “Qazax Gənclər” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matç baş tutmayıb. Bu səbəbdən “Qazax Gənclər”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
U-13 Liqasının “Kürdəmir Gİİ” – “Şamaxı” oyununda “Kürdəmir Gİİ” komandasının baş məşqçisi Nahid Vahidzadə oyunun 41-ci dəqiqəsində meydana daxil olaraq hakimə sərt şəkildə etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılıb.
 
U-13 Liqasının “Kür” (Samux) – “Ümid” (Gəncə) oyununda “Kür”ün heyətində yetərsay olmadığı üçün oyun baş tutmayıb. Buna görə “Kür”ə 0:3 hesabı ilə məğlubiyyət verilib.
 
U-12 Liqasının “Baku FA” – “Şirvansaray” oyununda “Baku FA”-nın heyətində yetərsay olmadığı üçün matç baş tutmayıb. Buna görə “Baku FA” komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib. Bu hal üçüncü dəfədir təkrarlandığı üçün komanda yarışlardan kənarlaşdırılıb.






Offside