Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan kubokunda üçüncü yarış günü başa çatıb.
Corner.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzdən çox atlet öz qüvvəsini sınayır.
Günə çəkisi 102, 109 və +109 kq çəki dərəcələrində qaliblərin müəyyən edilməsiylə yekun vurulub.
102 kq-da toplam 340 kq (155+185) nəticə göstərən “Təhsil” İdman Mərkəzinin təmsilçisi Əli Şükürlü, 109 kq kq çəki dərəcəsində toplam 360 kq (165+195) nəticə göstərən “Buta” Klubunun təmsilçisi Dadaş Dadaşbəyli və +109 kq çəki dərəcəsində toplam 309 kq (132+177) nəticə göstərən “Buta” Klubunun təmsilçisi İsmayıl Qurbanov qızıl medal qazanıblar.