28 oktyabr 2024. Bazar ertəsi

Fulhem'in əfsanəsi vəfat etdi


  • Offside
  • 22:36 23.12.2022
  • Oxunma sayı: 67
Fulhem'in əfsanəsi vəfat etdi

İngiltərə millisinin və "Fulhem"in sabiq futbolçusu Corc Koen vəfat edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran müdafiəçi 84 yaşında dünyasını dəyişib.

1966-cı ildə yığmanın heyətində dünya çempionu olmuş keçmiş oyunçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Corc Koen peşəkar karyerası ərzində klub səviyyəsində yalnız "Fulhem"in şərəfini qoruyub. Mərhum futbolçu bu komanda ilə 459 oyun keçirib və 6 qol vurub. O, 37 dəfə İngiltərə millisinin formasını geyinib.







Offside